Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi
Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya
İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı edib. Prezident 30 il ərzində Azərbaycanın
Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə uğurlu əməkdaşlığını dilə
gətirməklə həm də onu bəyan etmiş oldu ki, Azərbaycan daim irəli gedir, münasibətlər
sistemini qoruyur, xalqının rifahını düşünür. “Cənab prezidentin bütün yüksək tribunalardan
Azərbaycan həqiqətlərini dünyaya çatdırması Ermənistanı da, onun havadarlarını da hər dəfə
bir az daha zəiflədir, acizləşdirir. 30 ildir Azərbaycanın səsini eşitmək istəməyən dövlətlər bu
gün artıq hesablaşmaq məcburiyyətindədir. Artıq o dövlətlər də dərk etməyə başlayıblar ki,
Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan özünün sülh təklifi və dəvəti ilə də nə
qədər güclü olduğunu dünyaya göstərmiş olur. Düzdür, daxildən də çox çalışdılar ki, bu
gücümüzü sarsıtsınlar. Amma xalq olaraq bir yumruq kimi cənab prezidentin yanında
birləşməyimiz o xain qüvvələri də sıradan çıxartdı. Azərbaycan prezidenti xalqına, xalq da
prezidentinə arxalandı, güvəndi. Bax budur Azərbaycanın dəmir yumruğu. İndi bu yumruğun
qarşısında nəinki Ermənistan, ölkəmizə qarşı diş qıcayan digər güclər də zəifdir”. “Bu gün 8
beynəlxalq aeroportumuz fəaliyyət göstərir. Onlardan ikisi son iki ildə tikilib. Doqquzuncu
beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Laçından
söz düşmüşkən, orada aparılan inşaat işləri olduqca ürəkaçandır. Müasir Laçın çox gözəl
olacaq. Yurd həsrətində olan insanlar böyük sevinclə köçə hazırdır. 30 oldə Ermənistan
tərəfindən xarabalığa çevrilən torpaqlarımızı yenidən qurmaq təbii ki, böyük vəsait tələb edir.
İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq işləri Azərbaycanın müstəqil iqtisadi
gücünü bir daha dünyaya göstərmiş olur. Bu isə cənab prezidentin də dediyi kimi,
Azərbycanın uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanının
mühüm amilidir”. İlham Əliyevin masada Paşinyanı yerində oturtması məqamına da diqqəti
cəlb etdi. Ermənistan baş naziri özünün sərsəm iddiası ilə dünya qarşısında özünü bir daha
gülünc vəziyyətə saldı. “Paşinyan “dəhliz” sözünün üzərində dayanaraq Azərbaycan
dövlətinin Ermənistana qarşı ərazi iddialarında olduğunu dedi. Azərbaycan prezidenti isə bu
absurd çıxışın qarşısında ona yaxşı dərs verdi. Dedi ki, - “Azərbaycanın bu cür iddiaları
yoxdur və “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq
termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş
naziri kimi məna verməzdilər”. Bu sözlərdən sonra dili topuq çalan Paşinyan yəqin ki, həmin
görüşdən sonra gedib bir az “dəhliz”lə bağlı bilgilər öyrənəcək. Və ümid edirəm anlayacaq ki,
Azərbaycan heç bir dəhlizi bloklamayıb. Cənab prezident özü də bəyan etdi ki, - “Laçın-
Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara
uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya
sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-
buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi
şəhərindən təcili yardım maşınları keçir”. Artıq Paşinyanın bu görüşdən və əsasən də
Prezident İlham Əliyevin açıq şəkildə izahından sonra atacağı növbəti addımlar onun öz
erməni təfəkkürünə qalıb”.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...