Əziz Əzizov - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

15:39 30-05-2023 | icon 908
Əziz Əzizov - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

Suraxanı İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rəhbərlik etdiyi rayonda bu gün gördüyü işlərlə vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə, var gücü ilə xidmət edir

Bəzi "jurnalistlər"in Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı yazıları diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, rəhbəri olduğu kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Əziz Əzizovun uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. 

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli məlumatlardan istifadə edirlər.

Qeyd edim ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Savadlı kadrların yüksək vəzifələrə təyin olunması, onların ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir.

Əziz Əzizovun da 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, 2018-2019-cu illərdə isə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmasından sonra  Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi əhəmiyyət kəsb edən bir vəzifəyə təyin olunması da bunun əyani sübutudur.

Uzun illər müxtəlif vəzifələrdə çalışan Əziz Əzizov rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

Əziz Əzizov dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Qeyd edək ki, Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirmişdir.
1985-ci ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin  Tramvay-Trolleybus İdarəsində əmək fəaliyyətinə başlamış və 1996-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır.
1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

Hazırda rəhbərlik etdiyi  Suraxanı rayonunda Prezident İlham Əliyevin dövlət məmurlarına verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq həftədə azı iki dəfə rayon sakinləri ilə görüşlər keçirir, onların təkliflərini dinləyir, problemlərinin həllinə böyük qayğı ilə yanaşır.

Bu güb Suraxanıda abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirib, tarixilik qorunub-saxlanılıb, müasir infrastuktur layihələri uğurla icra olunub. Sosial obyektlərin - məktəb, baxça, səhiyyə müəssisələrinin təmiri, bərpası daim ön planda olub, yeni parkların salınması, ağac əkimi, küçə və məhəllələrin abadlaşdırılması, işsizlik probleminin həlli istiqamətində ciddi işlər görülüb.

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Əziz Əzizov nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Əziz Əzizov fəaliyyət göstərdiyi dövrdə dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edib. Həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

Yorulmadan çalışır, zəhmət çəkir.  Suraxanıda hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Bu şəxsin hər zaman ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Əziz Əzizovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar.

Bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Əziz Əzizov haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Bəli, Əziz Əzizov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Əziz Əzizovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sizsə hər şeyi baş-ayaq anlamısız…

Bir daha qeyd edək ki, onun haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar.

 Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, xalqın gözü tərəzidir. Dövlətçiliyə sədaqətlə xidmət edən Əziz Əzizovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.


Digər xəbərlər

0.28121280670166