"Leon Hotel, SPA və Restoran" kompleksi kimə məxsusdur? - İş adamından özəl açıqlama

10:43 31-05-2023 | icon 1350

28 May - Müstəqillik Günündə Gəncə şəhərində yeni inşa edilən "Leon Hotel, SPA və Restoran" kompleksi istifadəyə verilib. Kompleksin açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

Bəzi xəbər saytlarında "Leon Hotel, SPA və Restoran"ın qanuni təmsilçisinin Gəncə Dövlət Universitetin Sosial fənlər kafedrasinın baş müəllimi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Üzeyir Balakişiyev Qara oğlunun olması və belə bir kompleksin sadə müəllim maaşı ilə açılmasını şübhə altına salan məlumatlar dərc edilib. Bildirib ki, kompleksin əsl sahibinin dövlət qurumlarında çalışanlardan biridir. 

Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məkanla əlaqə saxladıq.

Özünü iş adamı və kompleksin sahibi kimi təqdim edən Cavidan Balakişiyev "Azeripress.az"-a açıqlamasında mövzuya bu cür aydınlıq gətirdi:

"Mən Balakişiyev Cavidan Üzeyir oğlu uzun müddətdir ki, Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğulam. Rusiya vətəndaşlığını daşıyıram. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə turizmin inkişfı və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tövsiyələrə uyğun olaraq doğulub boya çatdığım Gəncə şəhərində belə bir kompleksin istifadəyə verilməsini düşündüm. Gəncədə yaşayan valideynlərim və doğmalarım da bu fikrimə dəstək verdilər. 

Qeyd etdiyim kimi isə, özüm Rusiya vətəndaşı olduğum üçün burada hər hansı biznes fəaliyyəti üçün hüquqi baxımdan imkanlarım məhdud olduğu üçün Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq Kompleksi vergi ödəyicisi kimi  qeydiyyatdan keçirmək üçün məkanı atam - Gəncə Dövlət Universitetin Sosial fənlər kafedrasinın baş müəllimi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Üzeyir Balakişiyevin adına təsis edərək MMC kimi dövlət qeydiyyatından keçirtdik.

Xatırladım ki, atam Üzeyir Balakişiyev müəllim kimi fəaliyyət göstərsə də, dövlət qulluqçusu statusu daşımadığından onun hər hansı biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunmur. 

"Leon Hotel, SPA və Restoran" kompleksi regionumuzda turizmin inkişafı istiqamətində həyata keçirilən əsaslı biznes layihələrindən biridir və heç bir dövlət qurumu və ya dövlət məmuru ilə əlaqəsi yoxdur.

Beşmərtəbəli otel binasında 70 nəfərdən ibarət personal çalışacaq. Burada qonaqların istər ailəvi, istərsə də fərdi şəkildə gecələməsi üçün 5 tip otaq növü mövcuddur. Otuz səkkiz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Oteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, açıq və bağlı şəraitdə fəaliyyət göstərəcək ailəvi restoranlar var. Restoranın xidmətlərindən təkcə oteldə gecələyən qonaqlar deyil, yerli sakinlərdə gün ərzində ailəvi şəkildə yararlana biləcəklər.

"Leon Hotel, SPA və Restoran" kompleksində müxtəlif trenajorlar, müasir idman avadanlığı və Fitnes Spa mərkəzi də qonaqların istifadəsinə verilib". 


Digər xəbərlər

0.25754117965698