Laçında bütün lazımi şərait yaradılır

10:48 31-05-2023 | icon 1002
Laçında bütün lazımi şərait yaradılır

May ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma
yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha
onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin
başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı,
xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza
hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm
olmasını bir daha göstərir.
Həmin gün ilk 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin
açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı
bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub.
İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə
Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində
700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada
144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May
küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində
lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial
parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu.
Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və
ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq
səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə
yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə
yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı
dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün
infrastruktur bərpa olunacaq.
Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir.
İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa
müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən
canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm
insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması
Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır,
məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə
tutulur.
Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-
buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha
göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi, "Bu gün nə müstəqillikdən,
nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona
görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq".
Mehbalıyeva Rəfiqə.
Saatlı rayonu Nərimanov kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı
müəllimi


Digər xəbərlər

0.2754430770874