Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq - Foto

18:31 31-05-2023 | icon 474
Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunacaq - Foto

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək festival  saat 15:00-da start götürəcək.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsindəki  “Uşaq festivalı”nda hər bir uşaq öz maraq dairəsinə uyğun əylənə biləcək.

Tədbirin keçirildiyi məkan – Heydər Əliyev Mərkəzinin parkı böyük ərazini əhatə etdiyindən festival zamanı bura sanki uşaq şəhərciyinə bənzəyəcək.

Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncə növləri, maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşağın öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılacaq.

Tədbirə giriş sərbəstdir.

 

 

Digər xəbərlər

0.68012714385986