Etibarlı əməkdaşlıq əlaqələri
İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Aramızda çox fəal siyasi dialoq var, bu səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək.
Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq.Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir.
Qarşılılıqlı turist axınının səviyyəsi artırılacaqdır. Amma hələ xeyli iş görülməlidir. Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır.
İsrai Prezidenti öz bəyanatında deyib ki, “Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Bütün bunlar maraqlı faktlardır, bunları nəzərə alaraq İsrail ilə Azərbaycanın hərtərəfli əməkdaşlığını gücləndirmək hər iki tərəf üçün olduqca faydalıdır.
Xalid Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...