Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir

06:03 03-06-2023 | icon 800
Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir

Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində,
son 19 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan
artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən
edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük
uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət
proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına,
infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına,
müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik
tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu
Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə
ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini
tapmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin
2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət
proqramlarında öz əksini tapmışdır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil
siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq
iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.
31 may tarixində Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian
Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power”
sərgilərinin açılışında çıxışı zamanı bildirmişdir ki, “30 ildir – 1994-cü ildən etibarən
Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim
etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın – Ulu Öndər Heydər
Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı
Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il
məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi,
sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın
firavan gələcəyinin təməli qoyuldu.
1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan
bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca
riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi
və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin
harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar
iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir
milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki,
sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz
tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və
ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər
lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki
infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik
və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.”
Ölkə rəhbərimiz çıxışında xüsusilə qeyd etmişdir ki, “Biz özümüzü enerji
sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan
çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət
yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı
şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu
şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft
yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz

Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən
ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol
oynayır”.
Eyni zamanda dövlət başçımız bildirmişdir ki, “Biz indi elə bir mərhələdəyik ki,
layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə
çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim
əlavə töhfəmiz olacaq.
Digər mühüm tədbirlərdən biri bu ilin aprel ayında Sofiya şəhərində keçirilib,
Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir.
Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu
da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Yəni, Avropa
İttifaqının yüksəkrütbəli məmurları Azərbaycanı ümumavropa qaz təchizatçısı
adlandırırsa, bu, tamamilə doğrudur.”

Əliyeva Afət Rəfi qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.33287501335144