Bu gün Azərbaycan Kubokunun sahibi bəlli olacaq

11:31 03-06-2023 | icon 1115
Bu gün Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

"Bakcell Arena"da oynanılacaq matç saat 20:00-da başlayacaq. İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib.

9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib.

Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar. Kubokdakı 5 görüşdə klublar hərəyə 1 qələbə qazanıblar, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində "qırmızı-qaralar"ın cüzi üstünlüyü var - 7:6.

Azərbaycan Kuboku
Final

3 iyun
20:00. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena" stadionu


Digər xəbərlər

0.27089405059814