Heydər Əliyev Siyasi Məktəbinin iştirakçıları DTX Akademiyasında - Fotolar


Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin 2-ci hissəsi Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirilib.
2-ci hissənin mövzusu Ulu Öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı idi.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov qeyd edib ki, ümummilli lider Heydər Əliyev işlədiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını və mənafeyini qoruyub.
O, Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladıqdan sonra 1937-38-ci illərdə repressiyaya məruz qalan minlərlə repressiya qurbanlarının cinayət işlərini aparan təhlükəsizlik əməkdaşlarını işdən çıxardığını, həbsləri üçün təqdimat verdiyini, repressiyaya məruz qalan azərbaycanlıları Ali Məhkəmə qarşısında hüquqi reabilitasiya etdiyini, eyni zamanda işlədiyi dövrdə azərbaycanlı ziyalıları həmişə himayə etdiyini bildirib. Eyni zamanda qeyd edib ki, Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə heç kim anti-sovet təbliğatı və dissident maddələri ilə nəinki həbs, heç ittiham belə edilməyib.
Daha sonra DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışarkən həyata keçirdiyi “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” əməliyyatlarından danışıb, layihə iştirakçılarının suallarını cavablandırıb.
Layihə iştirakçıları Akademiyanın muzeyi ilə tanış olublar. Muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.
Tədbirin sonunda “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin rəhbəri, deputat Kamal Cəfərov göstərilən dəstək və yüksək səviyyəli təşkilatçılıq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığını çatdırıb.
Tədbirin ikinci hissəsində 2-ci “Yüksəliş” müsabiqəsinin qalibləri Mehriban Rəsulova və Camal Nağıyev layihə iştirakçılarına “Şəxsi inkişaf proqramı nə üçün lazımdır?” və “Şəxsi inkişaf alətləri nələrdir?” mövzusunda təlimlər keçiblər.
Qeyd edək ki, “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək. Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.
Eyni zamanda, “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək və onlara mentorluq ediləcək.

-
Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb
...
-
Səttar Möhbalıyev: “YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda daim inkişaf edir”
...
-
Sabah da yağış yağacaq
...
-
İcra Hakimiyyətindəki əməliyyatda tutulan şəxsin adı açıqlandı
...
-
Ağdam gözəl yurdumuz, əbədi məskənimizdir
...
-
Ağdamın azadlığa qovuşması və bərpası Prezident İlham Əliyevin siyasətinin təntənəsidir
...
-
Möhkəm və dayanıqlı sülhə doğru atılan addımlar
...
-
“İkili standartlar” siyasətinin təzahürü və rəsmi İrəvanın cinayətləri
...
-
Vətənimizin dilbər guşəsi Ağdam yenidən qurulur
...
-
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
...