“Yuventus” Azərbaycana gələ bilər

13:54 06-06-2023 | icon 1251
“Yuventus” Azərbaycana gələ bilər

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin növbəti mərhələlərdəki potensial rəqibləri artıb. Yarışa 2-ci raunddan başlayacaq komandalarımız mərhələ adlayacaqları təqdirdə, tanınmış klubları Azərbaycana gətirə bilərlər.

Çünki hər üç klub yoluna davam edəcəyi halda istər 3-cü raundda, istərsə də pley-offda səpələnməmişlər səbətində olacaq. 3-cü təsnifat mərhələsində artıq 9 komanda rəqiblərini gözləyir. Onlardan 5-i səpələnmişlərdə olacaq.

Pley-offun isə 4 iştirakçısı bəllidir. “Neftçi”, “Sabah” və ya “Qəbələ” iki rəqibini keçə bilsə, pley-offda daha böyük klubla qarşılaşmalı olacaq. Təsadüfi deyil ki, “Top-5” liqaların təmsilçiləri “Yuventus”, “Ayntraxt” və “Lill” pley-offun püşkü zamanı güclülərin səbətində olacaq. 

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 24-də, pley-offun püşkatma mərasimi isə avqustun 7-də olacaq. 

 
 
 

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi

Səpələnmişlər: “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya), “Aruka” (Portuqaliya)
Səpələnməmişlər: “Hayduk” (Split, Xorvatiya), “Harts” (Şotlandiya), “Brann” (Norveç), “Nordsyelland” (Danimarka)

Pley-off mərhələsi

Səpələnmişlər: “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Lill” (Fransa)
Səpələnməmiş: “Osasuna” (İspaniya)
Qeyri-müəyyən: “Aston Villa” (İngiltərə)


Digər xəbərlər

0.27613091468811