Şahin Bağırov: "Şuşa adının dünya arenasında səslənməsi üçün əlimizdən gələni edəcəyik"
"Şuşa bizim üçün müqəddəsdir. Hər birimiz bu adın dünya arenasında səslənməsi üçün əlimizdən gələni edəcəyik".
Bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında "Xarı Bülbül" komandasının yeni mövsümdə "Çağırış kuboku"nda iştirakı ilə bağlı danışarkən deyib.
O, Şuşa təmsilçisinə dəstək olacaqlarını bildirib.
Ölkə çempionatı ilə bağlı mümkün dəyişikliklərə də toxunan Ş.Bağırov klublara müxtəlif ölkələrdən legionerlər cəlb ediləcəyini vurğulayıb: "Azərbaycan çempionatlarına çox diqqətlə yanaşır, bununla bağlı müzakirələr aparırıq. Azərbaycan Super Liqasında 6 komandanın olması yönündə işlər gedir. Bu asandırmı? Çox çətin sualdır. İdmançıların sayı o qədər də çox deyil. Buna görə legionerlər dəvət etməyi planlaşdırırıq. Bu da müvəqqəti olacaq. Daha sonra Şahin Çatma sayəsində öz voleybolçularımız yetişəcəklər".
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...