AKFA-nın idarə heyətinin iclası olub
AKFA-NIN İDARƏ HEYƏTİNİN İCLASI OLUB
FEDERASİYALARIN HESABATI DİNLƏNİLİB VƏ MÜVAFİQ QƏRARLAR QƏBUL EDİLİB
Azərbaycan Karate Federasiyaları Assosiasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib. Assosiasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurum rəsmiləri ilə yanaşı, Assosiasiyaya daxil olan federasiyaların rəhbərləri iştirak ediblər. Toplantıda əvvəlcə Assosiasiyanın tərkibindəki federasiyaların hesabatı dinlənilib və cari məsələlər müzakirə olunub. Federasiya rəhbərləri keçirilmiş yarışların səviyyəsi və təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Assosiasiya fəaliyyətini bərpa etdikdən sonra onun üzvü olan federasiyaların idmançıları bir sıra beynəlxalq və yerli yarışlarda uğurla çıxış ediblər.
7 federasiyanın daxil olduğu Assosiasiya idmançılarla yanaşı məşqçi-müəllimlər və hakimlərin sertifikasiyasına da diqqət yetirir. Yaxın zamanda Assosiasiya, Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə seminar, təlim və məşğələlərin təşkilini planlaşdırır. Eyni zamanda ilin sonuna kimi federasiyalarda fəaliyyət göstərən məşqçi-müəllimlərin siyahısı, onlar haqqında ətraflı məlumatlar vahid sistemdə cəmlənəcək. İclasın sonunda yarışların təşkili və keçirilməsində göstərdiyi dəstəyə görə Zöhrab Məmmədov və Rafael Bünyatov Assosiasiya tərəfindən təltif ediliblər.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...