Nazir “Son zəng”lə bağlı əmr imzaladı
Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb.
Əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü ildə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...