Qaradağda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib

15:57 13-06-2023 | icon 844
Qaradağda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib

13 iyun 2023-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində
yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində 15 iyun –
Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda
dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman
Mikayılov, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri,
şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu
Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını
bildirdilər.
Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə
baxış keçirildi.
Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonuna səfərləri ilə əlaqədar
“Heydər Əliyev və Qaradağ” adlı videoçarxın nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab
Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi
kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 30 il əvvəl - xalqın təkidli tələbi ilə
yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev
böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin
sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir
Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun
başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin
ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və
möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə
çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər
üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
tərəfindən uğurla davam etdirilməsindədir.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov Yeni
Azərbaycan Partiyasının yaranmasından, Ulu öndərin respublikanın çətin
vəziyyətdən çıxması yolunda verdiyi məsləhətlərindən, hakimiyyətə gəlməsindən
geniş danışdı. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili
çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər
Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində
müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın
demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Çıxışında qeyd etdi ki,
fəxr edirəm ki, 91-lərin biri kimi mənim də müəyyən xidmətlərim olmuşdur.
Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun
hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə
müvəkkili işlədiyindən, keçmiş xatirələrindən danışdı və bayram münasibətilə
iştirakçıları təbrik etdi.

288 nömrəli tam orta məktəbin tarix müəllimi Sultan Bayramova çıxış edərək
bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan
artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi
sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu
siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
inam və qətiyyətlə davam etdirilir.
233 nömrəli tam orta məktəbin tarix müəllimi Azər Allahverdiyev çıxış
edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider
tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi
kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın
gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman
Mikayılov yekunlaşdıraraq Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi
və fəaliyyətlərində uğurlar arzuladı.


Digər xəbərlər

0.28947114944458