Mövqelərimiz atəşə tutulub - Ordumuz cavab tədbirləri görür

19:14 15-06-2023 | icon 1359
Mövqelərimiz atəşə tutulub - Ordumuz cavab tədbirləri görür

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.


Digər xəbərlər

0.26970195770264