AVRO-2024: Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

09:48 17-06-2023 | icon 957
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edəcək. "Dalğa Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qarşılaşmanı çexiyalı FIFA referisi Andrey Berka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun

20:00. Azərbaycan - Estoniya
Baş hakim: Andrey Berka
Bakı, "Dalğa Arena"
Xal durumu: Avstriya - 6. Belçika - 3 (1 oyuna). İsveç - 3. Estoniya - 0 (1 oyuna). Azərbaycan - 0.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcəklər.


Digər xəbərlər

0.24925494194031