AVRO-2024: Azərbaycan millisi Estoniya ilə heç-heçə edib
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Canni De Byazinin kollektivi tsikldə ilk ev matçına çıxıb.
Yığma özü kimi, seçmə mərhələdə hələ də xal qazana bilməyən Estoniya seçməsini qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşmanın birinci hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Nəticədə 27-ci dəqiqədə Rauno Sappinen hesabı açıb.
Fasilədən sonra heyətdə edilən əvəzləmələrlə ikinci hissəyə daha sürətli başlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Künc zərbəsindən ötürməni Anton Krivotsyuk başla qola çevirib.
Komandaların qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, hər iki yığma seçmə mərhələdə ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
20:00. Azərbaycan - Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Rauno Sappinen, 27
Bakı, “Dalğa Arena”
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...