Güc birlikdədir

01:52 19-06-2023 | icon 903
Güc birlikdədir

 İyunun 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı səslənən fikirlər bir daha göstərdi ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Bu da təbiidir. Hər şeydən əvvəl ona görə ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Hazırda Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. İşğaldan azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.    Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir. 

Qeyd edək ki, bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.

Əlbəttə, bu kimi tədbirlərin həyata keçirilməsinə Şuşa Bəyannaməsi əsas verir. Şuşa Bəyannaməsi isə tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular.

Zeynəddin  İbrahimov- şəhid  atası


Digər xəbərlər

0.23629117012024