Pakistanla münasibətlərdə strateji əməkdaşlığa əsaslanırıq
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif respublikamıza səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Pakistan lideri ilə Prezident İlham Əliyev arasında keçirilən görüşlər, səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.
Dövlətimizin başçısı mətbuata geniş Bəyanatla çıxış edib. Onun sözlərinə görə, Pakistanın Baş naziri ilə həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı çox mühüm məsələlər – iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Pakistanla Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün sıx əməkdaşlığın təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Hər iki tərəfdən vurğulanıb ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, əməkdaşlığımız dərinləşdirməli, birliyimiz daha da möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Tam əminliklə söyləyə bilərik ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yeni stimul verdi. Hər iki lider indiki səfərdən sonra münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib.
Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...