“Maxim”in “Avtomobil nəqliyyatı haqqında” qanuna düzəlişlərin sərfəli nəqliyyatda necə əks olunması barədə şərhləri
İyunun 16-sı Azərbaycan parlamentinin növbədənkənar iclasında birinci oxunuşda
“Avtomobil nəqliyyatı haqqında” qanuna və sərnişin daşımalarına aid digər qanunlara
dəyişikliklərin daxil edilməsi ilə bağlı qanun layihəsi təsdiq olunub.
Dövlət tənzimləməsi, o cümlədən icbari lisenziya və həm hüquqi, həm də fiziki şəxslər
üçün daşımaya bir sıra icazələr tətbiq etmək təklif olunur.
“Maxim” xidmətinin ekspertlərinin qiymətləndirmələrinə görə, nəqliyyat xidmətlərinin
qanunvericiliklə tənzimlənməsini hamı – həm sürücülər, həm də sərnişinlər hiss edəcəklər.
Dövlətin yeni siyasəti nəqliyyat xidməti bazarında qlobal dəyişikliklərə gətirib çıxaracaq.
Nəzərdən keçirilən düzəlişlər bu sahədə qiymət qoyulmaya mənfi təsir edəcək ki, bu da
sərnişinlərin xidmətə tələbatında özünü göstərədək – qiymətin artması ona gətirib çıxaracaq
ki, taksi hamı üçün əlçatan olmayacaq.
Bundan başqa, sürücülərə bəzi mexanizmlərin və tələblərin irəli sürülməsi, məsələn,
reysöncəsi icbari tibbi müayinə aqreqator platformaları ilə əməkdaşlığı iqtisadi səmərəsizlik və
texniki xüsusiyyətlər sarıdan mümkünsüz olmasa belə, çox mürəkkəbləşdirəcək – heç də hər
yerdə sutka boyu tibbi yoxlamadan keçmək imkanı yoxdur. Rəqəmsal inkişaf və nəqliyyat
nazinin dediyinə görə, taksi sürücülərinin 90%-dən çoxu hazırda sifarişin onlayn-platforması
vasitəsilə gedişlər edirlər və xidmətin qiymətləndirməsinə görə, şəxsi avtomobillərdə həyata
keçirilən daşınmaların çoxu qismən məşğulluq xarakteri daşıyır, bu səbəbdən də müxtəlif
icazələrin sənədləşdirilməsinin müntəzəm məcburi xərcləri onların işi üçün maneə yaradacaq
– bu zaman insanlar qazanmaq imkanından məhrum olacaqlar.
“Maxim” xidmətinin məqsədi əhaliyə əlçatan və rahat xidmətin təqdim olunması, o
cümlədən sürücü-partnyorlara əlavə qazanc imkanları yaratmaqla nəqliyyat infrastrukturunu
yaxşılaşdırmaqdır. Beləliklə, nəqliyyat sahəsinə aid məsələlərin həlli bütün maraqlı tərəflərin
iştirakı ilə həyata keçirilıməli və bazar iştirakçılarının tələbatlarını məmnun etməlidir, çünki
təkcə dialoq hər kəs üçün məhsuldar və əlverişli ola bilər.
-
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
...
-
Azərbaycan 5 erməni hərbçini təhvil verdi
...
-
Son günlər mövqelərimiz intensiv atəşə tutulur
...
-
“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz yenə atəşə tutuldu
...
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
...
-
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
...