Səttar Möhbalıyev: “Fransanın demokratiyadan danışmağa heç bir haqqı yoxdur”

14:15 01-07-2023 | icon 886
Səttar Möhbalıyev: “Fransanın demokratiyadan danışmağa heç bir haqqı yoxdur”

“Hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri də media azadlığıdır.
Özünü demokrat hesab edən ölkələr media nümayəndələrinin sərbəst fəaliyyətinə
hər cür şəraiti yaratmalıdırlar. Amma “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı zorakılıqla
üzləşməsi, onlara hədə-qorxu gəlinməsi bu ölkədə media azadlığının səviyyəsini
göstərir. Sübut edir ki, Fransada mətbuat və söz azadlığı tamamilə boğulur,
jurnalistlərin peşə fəaliyyətini sərbəst şəkildə icra etməsinə qətiyyən yol verilmir.
Baş verən hadisəni araşdırmaq, olanlara obyektiv qiymət vermək, günahkarları
məsuliyyətə cəlb etmək vəzifəsi, təbii ki, Fransa hökumətinin üzərinə düşür. Lakin
rəsmi Parisdən belə bir cəsarəti gözləmək ən azından sadəlövhlük olardı. Bu arada
“Sərhədsiz Reportyorlar”, “Freedom House” kimi təşkilatlardan da səs çıxmır, elə
bil baş vermiş bu biabırçılıqdan xəbərsizdirlər. Hazırda məlum səbəblərdən dünya
ictimaiyyətinin gözü Fransadadır. Bəs bu təşkilatlar hara baxır?! Niyə azərbaycanlı
jurnalistlərə qarşı törədilən vəhşiliyə reaksiya vermirlər!?”
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Tərəddüdsüz deyə bilərik ki, Fransada insan hüquqları tamamilə tapdanır, etnik
ayrı-seçkilik zəminində xoşagəlməz hadisələr baş verir. Demək olar ki, ölkə
hakimiyyətin səriştəsiz, qeyri-demokratik fəaliyyəti nəticəsində çalxalanır. Nanter
şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı gəncin qətlə yetirilməsi isə,
sözsüz ki, milli məsələdir. O, qeyri-millətdən olduğu üçün öldürülüb və Fransa
hakimiyyətinin əsl simasını göstərir. Bu da təəccüblü deyil. Biz tarixdən Fransanın
əlcəzairlilərə necə divan tutdğunu bilirik. Görünür, bu siyasət bu gün də davam
edir. Əhalinin haqlı narazılığına polisin sərt müdaxiləsi, insanlara dəyənəklərlə
xəsarətlərin yetirilməsi, həbs olunmaları həmçinin bu ölkədə sərbəst toplaşmaq
hüququnun demokratiyanın ziddinə olaraq məhdudlaşdırıldığını göstərir. Uzun illər

insan haqlarından dəm vuran, demokratiyanı əldə silah tutub digər ölkələrin daxili
işlərinə qarışan, bir boşluq görən kimi onu antidemokratik fonda şərh edən rəsmi
Paris, görəsən, bundan sonra da utanmadan bu əməlini davam etdirəcəkmi!?”, -
Milli Məclisin deputatı bildirib.

“Bu yaxınlarda Fransa tarixinin ən uğursuz prezidenti Emanuel Makron Marsel
şəhərində erməni icması ilə görüşdə yenə də Azərbaycan əleyhinə yersiz fikirlər
dedi. Özünü elə göstərməyə çalışdı ki, güya Cənubi Qafqazda baş verən hadisələrə
təsir gücü var. Onun çıxışının maraqlı tərəfi o idi ki, hadisələrdən tamamilə
bixəbərdir. Azərbaycanla Ermənistan arasında aparılan danışıqların hansı
mərhələdə olduğunu bilmir, amma mənasız bəyanatlar səsləndirir. Ermənistan
tərəfi artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağın ölkəmizin ayrılmaz
tərkib hissəsi olduğunu etiraf edib. Ona görə Makronun bu kimi qərəzli
yanaşmaları reallıqları dəyişə bilməz”, - AHİK sədri vurğulayıb.

Səttar Möhbalıyev əlavə edib ki, hazırda Fransa dünyada nüfuzunu tamamilə
itirmək üzrədir, artıq orada baş verən hadisələrdən dolayı bu ölkənin nə insan
haqlarından, nə söz və mətbuat azadlığından, sərbəst toplaşmaq huququndan, nə də
ümumilkdə demokratiyadan danışmaq haqqı var.


Digər xəbərlər

0.27239489555359