Müdafiə Nazirliyi məlumat yaydı
İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
-
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
...
-
Azərbaycan 5 erməni hərbçini təhvil verdi
...
-
Son günlər mövqelərimiz intensiv atəşə tutulur
...
-
“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz yenə atəşə tutuldu
...
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
...
-
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
...