Leysan, dolu, 36° isti

04:46 05-07-2023 | icon 682
Leysan, dolu, 36° isti

İyulun 5-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava üstün olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° olacaq.


Digər xəbərlər

0.24983501434326