Süleyman Mikayılov Çeylidağda səyyar qəbulda - Fotolar

21:49 05-07-2023 | icon 1175
Süleyman Mikayılov Çeylidağda səyyar qəbulda - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib.

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

 
 

Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 




Digər xəbərlər

0.33142995834351