Turan Əliyevdən bürünc medal

21:56 05-07-2023 | icon 1019
Turan Əliyevdən bürünc medal

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. 

Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu dəfə körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub.

Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub.

Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.


Digər xəbərlər

0.24107098579407