Dilarə Əliyeva “Nazlı-qəmzəli”ni canlandıracaq - Fotolar
Əməkdar artist Dilarə Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus “Adamın adamı” tamaşasında “Nazlı-qəmzəli” obrazını canlandıracaq.
Aktrisa bu barədə ümumi təəssüratlarını bölüşüb:
“Təklif aldım, lakin xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı… Tamaşaçılar məni daha çox televiziya ekranlarından tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq”.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Səhnə əsərində, həmçinin Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov və başqaları rol alıblar.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...