Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti vəzifəsinə seçki keçirilib

22:53 12-07-2023 | icon 1022
Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti vəzifəsinə seçki keçirilib

AFFA-nın inzibati binasında Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

Konfransda qurumun İcraiyyə Komitəsinin üzvü, ATFFİB-nin prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransı giriş sözü ilə F.Qurbanov açıb. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın prezidenti ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib.

Konfransda Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Firudin Qurbanov yekdilliklə növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib. Yeddi nəfərdən ibarət İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən edilib.


Digər xəbərlər

0.22868919372559