Millimiz Ermənistan yığmasını darmadağın etdi

23:53 21-07-2023 | icon 799
Millimiz Ermənistan yığmasını darmadağın etdi

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.

B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib.

 
 

Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.

U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq və FIBA-nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.


Digər xəbərlər

0.24204206466675