Bakıda atıcılıq üzrə DÇ-də 1500-dək idmançı iştirak edəcək

13:23 25-07-2023 | icon 624
Bakıda atıcılıq üzrə DÇ-də 1500-dək idmançı iştirak edəcək

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında 1500-dək idmançı iştirak edəcək.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu idmançılar 100-dən çox ölkənin təmsilçisidir.

Hazırda 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.

Yarışlarda ümumilikdə 55 dəst medal və Paris-2024 Yay Olimpiya Oyunlarına 48 lisenziya qazanılacaq.

 

Qeyd edək ki, dünya çempionatı 14 avqust – 3 sentyabr aralığında baş tutacaq.


Digər xəbərlər

0.23117685317993