Çin-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanır

15:02 26-07-2023 | icon 456
Çin-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanır

Son dönəmlər Azərbaycan Respublikasının xarici siyasət hədəflərindən birini də
Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə
edilməsi təşkil edir. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan,
regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla
əməkdaşlığa xüsusi əhəmiyyət verir.Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə
dəyərləri üzərində qurulub. Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun
valideynləri çox əzizdir.
Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television
Network” televiziya kanalında yayımlanmış müsahibəsində göstərildiyi kimi, bu
ənənələr dərin köklərə malikdir. 30 il müstəqil ölkə olaraq qlobal mühitdə
yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya
bilmişik. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli
qüruru və ədalət şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökumətinin anti-
Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox
cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi.
1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər
Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni
pisləyən yeganə şəxs idi.
Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə
görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz
üzərinə götürməsi həqiqətən çox cəsur addım idi.
İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır.
Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda
görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq
gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik,
müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində
üst-üstə düşür.
İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı
ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır.
Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat
marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə
olacaqdır.

Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri


Digər xəbərlər

0.20409107208252