"Səba" - Təbiətdən mətbəxə

13:00 17-08-2023 | icon 626

Azərbaycanda özəl sektorun inkişafı, iş adamlarının hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.

Bu gün ölkəmizdə biznesin inkişafına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər özəl sektorda uğurlu islahatlar aparılmış,bu sahənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

Ölkəmizdə  fəaliyyət göstərən "Səba" ASC də HALAL toyuq məhsulları istehsal edən nümunəvi müəssisədir.

Burada edilən keyfiyyətli istehsal da buna bariz nümunədir. 

Görülən işlər nəticəsində burada istehlakçıların məmnuniyyəti üçün cür şərait yaradılıb. Əməkdaşlar arasında əmək intizamına ciddi əməl olunur.

Müəssisə ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir.

 

 Burada istehsalat ən müasir avadanlıqlarla həyata keçirilir. Məhsulların yoxlanması üçün laboratoriya fəaliyyət göstərir. Bunun sayəsində sənaye standartlarını artırmaqla innovativ bir şirkət halına gəlinib.

Şirkətin əsəs missiyası müştəri məmnuniyyətini hər zaman ön planda tutaraq yüksək keyfiyyətlə xidmət göstərməkdir.

İstehlakçı maraqlarını daim diqqət mərkəzində saxlayaraq, istehsal etdiyi məhsulların keyfiyyəti barədə onlarda dayanıqlı müsbət rəy yaratmaq "SƏBA" ticarət nişanı adı ilə çalışan şirkətlərin əsas məqsədidir.

Təəssüf ki, son günlər bəzi internet saytlarında "Səba" brendi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da deyə bilərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından kollektiv qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Burada istehlakçılara göstərilən xidmət olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda "Səba" haqqında bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər müəssisə rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, "Səba" rəhbərliyi dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün həm kollektiv həm də müştərilər tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin "Səba" ilə bağlı gedən böhtan xarakterli yazıların “mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Xüsusi olaraq qeyd edək ki,belə tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. 

Maraqlıdır ki, müəsisə barəsində hansısa media qurumunun dərc etdiyi yazıları bir neçə müddət sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Əslində bu cür sifarişli məqalələrin dərci könül bunlandırmaqdan başqa bir şey olmur. 

Müəssisə rəhbərliyinin dövlətimizə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı və istehlakçıların göstərmiş olduqları yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.


Digər xəbərlər

0.22092986106873