“Nar” şəhid övladları üçün “YAŞAT” düşərgəsinə dəstək oldu - Fotolar
“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən üçüncü “YAŞAT” düşərgəsində iştirak edib.
“Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid övladlarının yay tətillərinin səmərəli keçirilməsinə və onların şəxsi inkişaflarına dəstək olmaqdır.
Mobil operator düşərgənin 3-cü həftəsində 40-dan çox iştirakçı üçün Diksiya Akademiyası ilə birgə Azərbaycan dilində səlis nitq bacarıqları üzrə interaktiv təlim təşkil edib, uğurlu çıxışların ən vacib elementləri öyrədilib. Təlimin sonunda iştirakçılara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Nar” şəhid övladlarının təhsilinə dəstək istiqamətində müxtəlif təqaüd proqramları həyata keçirib və sosial layihələrə müəlliflik edib.
Layihələr haqqında daha ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...