Sumqayıtda arvad ərini öldürüb təslim oldu

13:16 09-08-2023 | icon 953
Sumqayıtda arvad ərini öldürüb təslim oldu

Sumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər

0.2824399471283