“Neftçi” “Beşiktaş”a, “Qarabağ” HİK-ə qarşı

19:06 10-08-2023 | icon 723
“Neftçi” “Beşiktaş”a, “Qarabağ” HİK-ə qarşı

Bu gün Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Sabah” və “Neftçi” komandaları növbəti avrokubok oyunlarını keçirəcəklər.

UEFA Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayacaq.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə görüşəcək. Bu gün baş tutacaq ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Neftçi” ilə “Sabah” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar. “Ağ-qaralar” Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcək. İlk qarşılaşma “Neftçi Arena”da baş tutacaq.

“Bayquşlar”ı isə Serbiya nəhəngi “Partizan”la görüş gözləyir. Bu komandaların ilk oyunu da Azərbaycanda, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.

Avropa Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun

10 avqust 20:00. “Qarabağ” – HJK Baş hakim: Roy Reynşreyber (İsrail).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar:

10 avqust 20:00. “Sabah” – “Partizan” Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).

Masazır. “Bank Respublika Arena”.

21:00. “Neftçi” – “Beşiktaş” Baş hakim: Lukas Fahndrix (İsveçrə).

Bakı. “Neftçi Arena”.


Digər xəbərlər

0.22318911552429