Müəllimlərin XVI qurultayı keçiriləcək
Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.
Qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər. Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.
Bu mühüm tədbir, həmçinin Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələri müəyyənləşdirəcək.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...
-
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı
...
-
Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
...