Ermənistanın növbəti avantürası
Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq
Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust
2023-cü il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı
sanksiyalar tətbiq edilməsinə,Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək
açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Rəsmi İrəvanın “blokada” və ya
“humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır.
Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ
ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli
növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə,
Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi
məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi,
Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, Azərbaycanın xarici siyasətinin,
beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ
sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini
diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Ermənistanın hərəkətləri
əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın
Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya
etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.
Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini
təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni
dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və
xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii
sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb.
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir
ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən,
ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə
tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq
qalaraq bu yolda hərəkətə icazə verib.
Rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Humanitar
təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan
Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır.
Vidadi Məmmədov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Sərhədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...