Azərbaycanın prinsipial və ədalətli mövqeyi

09:49 21-08-2023 | icon 983
Azərbaycanın prinsipial və ədalətli mövqeyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici
siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv
dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda
doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq
etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji
düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə
nəticələnib.
Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu. Ermənistanın təşəbbüsü ilə
Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini
aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə
almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə
ehtimalının sıfıra endirdi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil
qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı
müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin
qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin
etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün
beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib;
“Dağlıq Qarabağ”da iddia edilən soyqırımı yoxdur. Qondarma “Dağlıq Qarabağ”
rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən
dövlətlərin heç birixalqların öz müqəddəratını təyin etməsi prinsipindən,qondarma “Dağlıq
Qarabağ” rejiminin tanınmasından,Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid
edilən soyqırımının törədilməsindən,ölümlə nəticələnən aclıq hallarının baş verməsindən
bəhs etmədilər.
Bir sıra intensiv məsləhətləşmələr və diplomatik səylərdən sonra humanitar
yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də
Azərbaycanın mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri
arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.
Azərbaycan məsuliyyətli ölkədir. 2020-ci ildə müharibə başa çatdıqdan dərhal
sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını
və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar mandatına və nüfuzuna ciddi
zərbə vuran fakt. Ermənistan Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən sui-istifadə
etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı
texnologiyaları keçirməyə çalışıb.
Ermənistan tərəfindən humanitar bəhanələrlə edilən manipulyasiyalar təxribat
xarakterli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Ötən həftələr ərzində beynəlxalq
hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10
noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin
kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı
qüvvələri hərbi-mühəndislik və digər qanunsuz işlərini daha da artırıb.

Etibar Sadıqov,
Cəlilabad rayon, Göytəpə şəhər
Peşə Təhsili Mərkəzinin direktoru


Digər xəbərlər

0.26500391960144