Puça çıxmış gözləntilər

09:52 21-08-2023 | icon 707
Puça çıxmış gözləntilər

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar
iclasında Azərbaycanın diplomatik qalibiyyəti bir daha təsdiqini tapdı. Ermənistanın BMT
Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi
uğursuzluqla nəticələndi.
Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-
konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq,
İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum
diplomatiyasının səmərəliliyini, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani
göstəricisidir.
Fransanın aşkar dəstəyi də fayda vermədi. Rəsmi İrəvan Laçın-Xankəndi yolu ilə
bağlı əsassız iddiasını himayədarı Fransanın aşkar dəstəyi ilə hələ 2022-ci ilin
dekabrında BMT-nin müzakirəsinə çıxarmağa cəhd etsə də, ölkəmizə qarşı hansısa
qərəzli qərarın qəbuluna nail olmayıb. BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli
iclasında görüldüyü kimi, Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik
xarakter almış düşmən münasibəti sərgiləyir. Rəsmi Paris Azərbaycanofobiya
siyasətindən əl çəkməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan
sui-istifadə etməməlidir.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də qardaş Türkiyə
Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün
məhsulların çatdırılması ilə əlaqədar Azərbaycan tərəfindən təklif olunan Ağdam-
Xankəndi yolunu dəstəkləyir. İclas zamanı Azərbaycanı dəstəkləyən Albaniya, TŞ-də
müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın
mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa
uyğun olduğunu bir daha təsdiqlədi. Braziliya və digərlər ölkələrin nümayəndələri
beynəlxalq hüquqa söykənən ədalətli mövqe sərgiləmişdilər.
LuisMorenoOcamponun qərəzli hesabatı kağız parçasıdır. BMT TŞ-də müzakirələr
başlamadan əvvəl Ermənistan, qondarma Dağlıq Qarabağ rejimi, erməni diasporu
Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru LuisMorenoOcamponun qərəzli və
faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir,
bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki,
Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi
dövlətlərin heç biri Okamponunqərəzli hesabatıhaqqında bir söz belə olsun demədi.
Əvəzinə isə,Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı
məsləhətçi və ekspert RodneyDiksonunfikirləri dilə gətirildi.

Malik Məmmədov,
Cəlilabad rayon Şatırlı kənd
tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.25482106208801