Rəsmi İrəvanın reinteqrasiyaya maneə törətmək cəhdləri

09:55 21-08-2023 | icon 963
Rəsmi İrəvanın reinteqrasiyaya maneə törətmək cəhdləri

Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası
üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Faktiki olaraq heç bir dövlət
Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham
etmədi. Bu Azərbaycanın xarici siyasətinin,beynəlxalq təşkilatlarda məqsədyönlü
siyasətinin bariz uğur nümunəsidir. Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ
regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi
bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin
yaratdı.
Ermənistan və diaspora soyuq müharibə dövrünü yaşayır. TŞ-də müzakirələrdə
istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında
ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir.
Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın
Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə
əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu
birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli
azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu
vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir. Etnik ayrı-seçkilik siyasəti yürüdən
Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana
reinteqrasiyasını əngəlləməkdə əsas məqsədiölkəmizdə iki xalqın nümayəndələri
arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır.
Ermənistanın son təxribatlarından sonra belə Azərbaycan tərəfi bölgədə fəaliyyət
göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək erməni
sakinlərin tibbi məqsədlə keçidinə, sözügedən humanitar təşkilat vasitəsilə tibbi yüklərin
gətirilməsinə imkan yaradıb.
Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir. Beynəlxalq Qırmızı Xaç
Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-
Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və digər fiziki maneələr
aradan qaldırılmır. Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağda
yaşayan erməni sakinləri arasında Yevlax şəhərində görüşün keçirilməsinə razılıq əldə
olunmasına rəğmən Ermənistanın təxribatları səbəbindən sözügedən görüş baş
vermədi.
TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları
Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin
beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Bu onu göstərir ki,Azərbaycana
göstərilən beynəlxalq dəstək getdikcə daha da artır.
Beynəlxalq aktorların o,cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal
iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı.
Azərbaycan diplomatiyası isə növbəti böyük uğurunu qazandı.

Bəylər Miriyev,
Cəlilabad rayon Pərdi kənd
ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.25308299064636