İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Bu barədə Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edib.
İşin geri qaytarılmasına səbəb isə Nərminin atası Şərif Quliyevin hökmdən apellyasiya şikayət verməsidir. Zərərçəkmiş tərəf İ.Süleymanovun ömürlük məhkum edilməsini tələb edir. Prosessual müddət başa çatdığı üçün apellyasiya şikayəti verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəmsində baxılmalıdır.
Yekun qərar verilənə kimi proses təxirə salınıb.
Müdafiə tərəfi isə Şərif Quliyevin şikayətini əsassız hesab edir. İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov əvvəlki iclasda məhkəmənin istinaqla aparılması, əlavə şahidlərin dindirilməsi və sair vəsatətlər qaldırıb. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...
-
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
...