Hədəf 10 saatdan tez qət edildi - Azərbaycan triatlonunda ilk

10:03 24-08-2023 | icon 522
Hədəf 10 saatdan tez qət edildi - Azərbaycan triatlonunda ilk

Avqustun 22-si Danimarkanın paytaxtı Kopenhagen şəhərində Azərbaycan triotlonu üçün tarixi nəticə ilə yadda qalan İRONMAN yarışı keçirilib.

Azərbaycanı bu yarışda 7 idmançı təmsil edib. Yarışda ən yaxşı nəticəni “Trierra” klubunun üzvü Teymur Fərəcov əldə edib.

 
 

Teymur bu dəfə öz rekordunu 16 dəq 2 saniyyə yeniliyərək “dəmir məsafə”ni 9 saat 56 dəq 6 saniyəyə qət edib. Fərəcov bununla Azərbaycan triatlonunun tarixinə 10 saatdan tez vaxta məsafəni qət etmiş ilk idmançı kimi düşüb. Belə ki, o, 3.8 km üzüb, sonra velosipedlə 180 km məsafə qət edib, ardınca isə 42.2 km qaçıb.

Qeyd edək ki, bu, T. Fərəcovun 2-ci bütöv məsafəsidir. İlk dəfə o bu məsafəni 2022-ci ildə İtaliyanın Çerviya şəhərində 10 saat 12 dəqiqə 8 saniyəyə qət edib. Bu da ölkənin yeni rekordu olmuşdu.

 

 



Digər xəbərlər

0.20632100105286