Nicat IV oldu

23:16 24-08-2023 | icon 580
Nicat IV oldu

Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.

Bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib.

Belə ki, finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib və turnirin qalibi olub.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.

Qeyd edək ki, Dünya kubokunun üç qalibi Namizədlər Turnirində oynamaq hüququ qazanıb.


Digər xəbərlər

0.23539400100708