Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz
resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil
dövlətlərdir. Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli
münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani
təzahürüdür.
Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad
etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan
regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə
başlayıb. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli
sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc
dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. .Azərbaycan xalqı ən
ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox
qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında
qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü
ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. İnanırıq ki,
ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, arasında daha çox əməkdaşlıq
və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi
zəminlərdir.
Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini
möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi
təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var,
ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə
mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.
Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin
Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir
göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird
yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni
layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə
işğaldan tam azad olunmuş Füzulidə məktəbinşa olunub. Bu amil qardaşlıq, həmrəylik
və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını
daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir
mərkəzi olacaq.
Hər şeydən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr
müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək, səfər zamanı iki ölkə arasındakı
münasibətlər yeni impuls verəcək və dostluq əlaqələri daha da dərinləşəcək. Bu, eyni
zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Müzakirə
olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı
üçün əsas olacaq.
Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...