Dostluğa sadiq Özbəkistan

11:13 25-08-2023 | icon 1758
Dostluğa sadiq Özbəkistan

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib.
Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı
Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan
cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və
dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və
Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident
İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə
1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji
istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-
də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi
sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası
arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Bu sənəd həm
ikitərəfli, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə həll
etməyə imkan yaradır. Səfərin yekunları göstərdi ki, nəqliyyat infrastrukturunun və Şərq-
Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər
birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm
Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu
yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Özbəkistan üçün açıqdır.
Azərbaycanın kommunikasiya xətlərindən istifadə də üçün Özbəkistan üçün qazanclı
ola bilər. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın
Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin
daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
İnvestisiyalarının inkişaf dinamikası artır. İyunun 21-də Azərbaycan və
Özbəkistan dövlət başçılarının imzaladıqları “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”
xüsusi əhəmiyyətə malikdir, gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici
siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin,
suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif
istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bir müddət əvvəl 500
milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu çox sürətlə
inkişaf edəcəkdir.
Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidentinin Daşkənd görüşü
Azərbaycan- Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin başlamasından
xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi
müzakirələrdən sonra Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında
əlaqələr daha da möhkəmlənəcək.

Fizuli Cəfərov,
Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri


Digər xəbərlər

0.25830698013306