Heydər Əliyev Fondu uşaqları sevindirdi - Fotolar
Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün növbəti şənlik təşkil edilib.
Uşaqlara bəxş edilən sevinclə dolu gün ərzində DJ-lər, animatorların iştirakı ilə müxtəlif proqramlar, əyləncələr təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətdə saxlanılması xüsusi yer tutur.
Fond mütəmadi olaraq belə tədbirlər təşkil etməklə bu kateqoriyadan olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsinin vacibliyinə cəmiyyətin diqqətini bir daha yönəldir.
Uşaq evlərinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar. Şənlik 1 saylı Uşaq Evinin 2 sakini – Əli Həmidov və Qənirə Zeynalova, 3 saylı Uşaq Evinin sakini – Cihan İsimxanlının ad günlərinə təsadüf edib. Heydər Əliyev Fondunun təşkil etdiyi əyləncə həmin günü həm ad gününü qeyd edən uşaqlar, həm də uşaq evlərinin digər sakinləri üçün yaddaqalan xatirəyə çevrilib.
Uşaqların hər birinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...