"Neftçi" Dünya Qadın Seriyasının dörd qat mərhələ qalibidir 

23:55 28-08-2023 | icon 976

28 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində final oyunu baş tutub.

Təmsilçimiz "Neftçi" final oyununda Almaniyanın "Düsseldorf Zoos" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "Neftçi", yekunda rəqibi üzərində 21-10 hesabı ilə qələbə qazanaraq, heç bir görüşdə məğlub olmadan Debretsen mərhələsinin qalibi olub. Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) "Neftçi" klubunun üzvü Bryana Freyzer seçilib. Bu çempionluq ilə "Neftçi", Dünya Qadın Seriyasında 4-cü dəfə mərhələ qalibi olub.


Digər xəbərlər

0.2528018951416