Xalqa verdiyi sözlərin sahibi olan rəhbər

15:24 29-08-2023 | icon 1059
Xalqa verdiyi sözlərin sahibi olan rəhbər

Prezidentimiz cənab İlham Əliyev avqustun 26-da Laçın Şəhər Günü
bayramında dərin məzmunlu çıxışı ilə növbəti dəfə öz sözlərinə necə sadiq olduğunu
bir daha nümayiş etdirib.
Qeyd edək ki, ki, Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin
cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər,
cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə
Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi
sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və
34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz
səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ
zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun
ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113
km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Belə bir məkanın erməni qəsbkarlarının əlinə keçməsi tariximizin qara
səhifələrindəndir. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə
düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları
dəyişdirmiş, rayonun təbii resurslarını talan etmişdir. Suriyadan olan erməni əsilli
qaçqınlar məqsədyönlü şəkildə Laçın rayonu ərazisində məskunlaşdırılmışdır. Bu
cinayətkar əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilmiş
və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər
həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan
çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət
məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində
asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik
də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında
əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına
start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti
bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən
evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Prezident deyib ki, biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin
yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Cari ilin aprelin 23-
dədövlətimiz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-
buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdi. Sərhəd-
buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ
bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var,
amma tam nəzarət
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri


Digər xəbərlər

0.240797996521