Milli ideyaların çiçəklənməsinə həsr olunmuş ömür

13:58 01-09-2023 | icon 808
Milli ideyaların çiçəklənməsinə həsr olunmuş ömür

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi, daha
dəqiq desək, müstəqilllik tariximizin müasir mərhəlıəsi Ulu Öndər Heydər Əliyevin adı
və titanik fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən
ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümumiyyətlə, dahi
rəhbərin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf
mərhələsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər
istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Ulu öndər Ulu Öndər 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçildiyi qısa
müddətdə parlamentin ruhunu kökündən dəyişdi, quruma siyasi mədəniyyət gətirdi.
Onun qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün
yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Tam dəqiqliklə söyləmək olar ki,
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Ümumiyyətlə, Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövr respublikanın tarixinə
Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Ümummilli lider ilk növbədə
burada ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, muxtar
respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə
ictimai-siyasi sabitlik bərqərar edildi, müstəqilliyin qorunub saxlanması üçün bütün
istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.
O vaxt ulu öndər Heydər Əliyev idarəçiliyin sükanını öz əlinə almasaydı, milli
azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir, dövlətçiliyimizin
taleyi necə olacaqdı! O, 1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra
müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik
zəhmət bahasına Azərbaycanı bütün dünyaya tanıtdı. Azərbaycan tarixinə xilaskar
və qurucu lider kimi daxil olmuş Heydər Əliyev xalqını böyük məhəbbətlə sevmiş,
xalq da onun sevgisini daim uca tutmuşdur. Ümumilli liderin şəxsiyyəti, onun
özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində
Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə
başladı. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev
zəkasının bəhrəsidir.

Etibar Sadıqov,
Cəlilabad rayon, Göytəpə şəhər Dövlət Peşə Təhsili Mərkəzinin direktoru


Digər xəbərlər

0.22788310050964