Doğma Vətənə qayıdış

10:30 02-09-2023 | icon 802
Doğma Vətənə qayıdış

Belə bir deyim var: Ayaq basdığın yeri torpaq deyib keçmə, onu tanı,
sev. Torpaqlarımız uğrunda vuruşmalarda şəhid, qazi olan igidlərimiz bu
müdrik kəlamı Vətən uğrunda canlarından keçməklə daha da
müqəddəsləşdirdilər.
İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmiz, torpaqlarımızın
işğaldan azad olunması uğrunda aparılan müharibə, ən başlıcası isə
üçrəngli bayrağımızın Azərbaycanın incisi, mədəniyyət mərkəzi Şuşada
dalğalanması, Gövhərağa məscidində azan səsinin eşidilməsi düşmən
üzərində qələbəmiz, bu müqəddəs ocaqda namaz qılınması xalqımızın
özünəqayıdış müjdəsi idi. Bu qayıdışla sonrakı illərdə görüləcək işlərin ilk
konturları müəyyənləşdirildi. Düşmən üzərində qələbənin əsas qəhrəmanı
olan Prezident, Ali Baş Komandan İlham Əliyevin, Vətən uğrunda
mübarizəyə qoşulan Milli Ordumuzun əsgər və zabitlərinin hər birinin bu
şanlı qələbədə payı vardır. Azərbaycan xalqının zəfər salnaməsinin hər
səhifəsində gərgin gedən döyüşlər, düşmənə ağır zərbə endirən, başını
əzən ərənlərimizin Vətən sevgisi, torpağa bağlılığı görünməmiş bir
qəhrəmanlıq dastanı kimi tarixə yazıldı. Ulu Dədə Qorquddan qalan birliyə
çağırış rəmzi olan üç tonqalın yandırılması bugünkü nəslə də nəsib oldu.
Torpaqlarımızın erməni işğalçılarından azad olunması ilə xalqımızın
Vətənə məhəbbət, torpağa bağlılıq duyğuları reallaşdı. Artıq Dədə
Qorqudun həyat naminə başqa nəsihətlərinin yerinə yetirilməsi vaxtıdır:
Torpağı qorumazsansa, əkib beçərməyinə dəyməz, əkib becərməzsənsə,
qorumağına dəyməz. İllərdən bəri düşmənin murdar nəfəsindən çat-çat
olan torpaqlarımızı canlandırmaq dövrü başlanır. Hər zaman düşünülmüş
siyasəti ilə Azərbaycanı qüdrətli dövlətlərlə eyni sıraya qaldıran, nəyin nə
zaman və necə həlli olunacağını dövlətçilik təcrübəsi ilə müəyyənləşdirən,
qətiyyəti ilə düşmən üzərində tarixi zəfər çalan Prezident İlham Əliyev yenə
də düzgün seçimi ilə xalqının etimad və etibarını qazanan lider olduğunu
bildirdi. Mədəniyyət yoldan başlanır. Bir də deyirlər ki, abad kənd
yolundan bəlli olur. Həmişə xalqımızın milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşan Prezident İlham Əliyev yenə də babalarımızın
tarixin sınağından çıxmış müdrik deyimlərinə əməl etdi.
Zeynallı Mirkamal
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.25950312614441