“Neftçi” “Sumqayıt”a, “Qəbələ” “Zirə”yə qarşı

16:45 02-09-2023 | icon 1393
“Neftçi” “Sumqayıt”a, “Qəbələ” “Zirə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu keçiriləcək.

Günün ilk görüşü Qəbələdə baş tutacaq. Burada xal üzünə həsrət “Qəbələ” lider “Zirə”ni qəbul edəcək. 

Ardınca məğlubiyyət üzü görməyən “Sumqayıt” “Neftçi” ilə üz-üzə gələcək.  “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşü isə sabah baş tutacaq.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” səfərdə “Sabah”ı məğlub edib – 3:0.

 
 
 

Azərbaycan Premyer Liqası
5-ci tur

2 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu. Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan

20:30. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”. Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu


Digər xəbərlər

0.27606105804443